Rusiya sülhməramlılarına məxsus daha 7 avtomobil aksiya ərazisindən sərbəst keçib
15.02.2023 [11:07]
Xəbərin mətni
Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 66-cı günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus 7 avtomobilin Xankəndidən Laçın istiqamətinə sərbəst hərəkəti təmin edilib.