SİYASƏT


Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi zabitləri üçün yaşayış binaları istifadəyə verilib

Cəbrayıl rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi hissəsində zabit-gizirlər üçün yaşayış binaları xidməti istifadəyə verilib.
Bu barədə AZƏRTAC-a DSX-nin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin, eləcə də Türkiyədə baş verən zəlzələ nəticəsində həyatını itirən bacı və qardaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.