CƏMİYYƏT


Ağalıda “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı intellektual yarış keçirilib

Fevralın 18-də Zəngilan rayonun Ağalı kəndində “Heydər Əliyev və gələcəyə aparan yollar” adlı tədbir keçirilib. 

Tədbirdə Ulu Öndərin respublikamıza rəhbərlik etdiyi illərdə Azərbaycanın keçdiyi tərəqqi yolu, ölkəmizdə yol infrastrukturunun inkişafı, işğaldan azad edilmiş ərazilərdə və ölkə üzrə icra olunan yol infrastrukturu layihələri barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov məlumat verib.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı intellektual yarış keçirilib. Yarış Ağalı kənd orta məktəbinin 5-9-cu sinif şagirdləri arasında bir neçə mərhələ üzrə reallaşıb.