CƏMİYYƏT


FHN-in Türkiyədəki mobil səhra hospitallarında 1364 nəfərə tibbi xidmət göstərilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) mobil səhra hospitalları zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda fəaliyyətini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hospitallarda ötən günlər ərzində ümumilikdə 260-ı uşaq olmaqla 1364 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.