CƏMİYYƏT


Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha bir nəfər saxlanılıb

Keşlə və “NZS” qəsəbələrində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha bir nəfər saxlanılıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Keşlə və “NZS” qəsəbələrində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Vüsal Zülfəliyev Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat zamanı saxlanılıb. Bu şəxsdən 2 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır