SİYASƏT
Azərbaycan və Böyük Britaniya arasında sərhəd mühafizəsi barədə fikir mübadiləsi aparılıb
22.02.2023 [15:57]
Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokerti Azərbaycan Respublikasına səfəri çərçivəsində fevralın 22-də Dövlət Sərhəd Xidməti (DSX) rəisinin birinci müavini – Baş Qərargah rəisi general-leytenant Rəşad Sadıqovla görüşüb.
Bu barədə AZƏRTAC-a DSX-nin mətbuat mərkəzindən məlumat verilib.
Görüşdə Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Birləşmiş Krallığın müvafiq qurumları arasında sərhəd təhlükəsizliyinin müxtəlif sahələrində həyata keçirilmiş əməkdaşlıq qeyd edilib, sərhəd mühafizəsi, o cümlədən dəniz təhlükəsizliyinin təmin olunması barədə fikir mübadiləsi aparılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
28.03.2023 [14:43]
27.03.2023 [01:40]
26.03.2023 [20:52]
18.03.2023 [22:47]
25.03.2023 [09:02]
15.03.2023 [16:07]
29.03.2023 [17:00]