Azərbaycan Dövlət İnformasiya Agentliyi

Həkəri çayına balıq körpələri buraxılıb

22.02.2023 [18:05]

Xəbərin mətni

Qarabağ və Şərqi Zəngəzur ərazisində biomüxtəlifliyin qorunmasına və su hövzələrində bioresursların bərpasına töhfə vermək məqsədilə Laçın rayonu ərazisində Həkəri çayına balıq körpələri buraxılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin iştirakı ilə çaya balıqartırma zavodlarında yetişdirilən 1500 qızılxallı forel körpəsi buraxılıb.