CƏMİYYƏT


Azərbaycan və Qazaxıstanın Daxili İşlər nazirlikləri arasında memorandum imzalanıb

Qazaxıstanın daxili işlər naziri, polis general-polkovniki Marat Axmetjanovun başçılıq etdiyi nümayəndə heyəti fevralın 22-də ölkəmizə ikigünlük rəsmi səfərə gəlib.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, nazir Marat Axmetjanov və onu müşayiət edən şəxslər Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin abidəsi önünə əklil qoyub, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Həmin gün Azərbaycan daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov qazaxıstanlı həmkarını və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.