CƏMİYYƏT


Cibgirlik edən və silah gəzdirən şəxslər saxlanılıblar

Nəsimi Rayon Polis İdarəsinin 22-cü Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən Teymur Ağayev saxlanılıb. Onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, daraq və 4 ədəd patron aşkar edilərək götürülüb. Teymur Ağayev odlu silahı bir neçə ay əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.
Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyat zamanı sərnişin avtobuslarında cibgirliklə məşğul olan Sərxan Əliyev saxlanılıb. Araşdırma zamanı bu şəxsin əsasən insanların sıx olduğu vaxtlarda avtobuslarda cibgirliklə məşğul olduğu müəyyən edilib.