CƏMİYYƏT


FHN metroda təlim keçirib

Fövqəladə Hallar Nazirliyi və “Bakı Metropoliteni” QSC-nin birgə təşkılatçılığı ilə metronun “İçərişəhər” stansiyasında təlim keçirilib.

Təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub.
Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib.
Əvvəlcə, FHN-in “112” qaynar telefon xəttinə metronun “Sahil” stansiyası istiqamətindən “İçərişəhər” stansiyasına daxil olan qatarda qatı tüstülənmə və yanğın barədə “məlumat daxil olub” və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin yanğından mühafizə və xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.