CƏMİYYƏT
Binəqədidə tank mərmisi tapılıb
27.02.2023 [16:42]
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu ərazisində hərbi sursat aşkar edilməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş başlıqlı 125 millimetrlik bir ədəd BK71 tank mərmisi olduğu müəyyən edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
28.03.2023 [14:43]
27.03.2023 [01:40]
26.03.2023 [20:52]
18.03.2023 [22:47]
25.03.2023 [09:02]
15.03.2023 [16:07]