CƏMİYYƏT


Novruz bayramı ilə əlaqədar FHN əhaliyə müraciət edib

Novruz bayramı ilə əlaqədar təhlükəsizlik qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib.
Müraciətdə bildirilir ki, xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan və hər birimiz üçün əziz olan Novruz bayramı ilə bağlı müxtəlif mərasimlər, o cümlədən çərşənbə axşamları təşkil olunan tədbirlər zamanı bir sıra hallarda yanğın təhlükəsizliyi qaydalarının pozulması sonda ağır fəsadlara, acı nəticələrə səbəb olur.
Odur ki, Novruz bayramı ilə əlaqədar keçirilən mərasimlərdə yanğın təhlükəsizliyi ilə bağlı bütün tələblərə ciddi əməl olunmalıdır.