MƏDƏNİYYƏT


“İncə müşahidələr” sərgisi Saatlıda

YARAT Müasir İncəsənət Məkanı Saatlı Dövlət Rəsm Qalereyasında “İncə müşahidələr” adlı səyyar sərgi təşkil edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sərgi Mədəniyyət Nazirliyi, Sabirabad Regional Mədəniyyət İdarəsi və Saatlı Dövlət Rəsm Qalereyasının təşkilati dəstəyi ilə keçirilir. Sərgidə Azərbaycanın tanınmış və gənc rəssamlarının əsərləri nümayiş olunur. Ənənəvi olaraq, sərgi çərçivəsində YARAT heyəti və rəssamlar tərəfindən təhsil proqramlarının həyata keçirilməsi nəzərdə tutulur. Həmçinin müasir incəsənət sahəsinə dair mühazirələr və ustad dərslərində iştirak etmək mümkün olacaq. Səyyar sərgi çərçivəsində müxtəlif təlimlər keçiriləcək.