MƏDƏNİYYƏT


Rusiyalı turist dulusçunun əl işlərinə heyran oldu

Dulusçuluq Azərbaycanda ən qədim istehsal sahələrindəndir. Müasir dövrdə də bu qədim peşəni qoruyub saxlayan sənətkarlar var.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlardan biri də Masallı rayon Ərkivan qəsəbə sakini Cəsarət Nuriyevdir. O, bir əsrlik ailə peşəsini davam etdirərək, əlli ilə yaxındır ki, dulusçuluqla məşğuldur. Usta məişətdə istifadə olunan müxtəlif növ saxsı qablar hazırlayıb satmaqla ailəsini dolandırır.