Azərbaycan Dövlət İnformasiya Agentliyi

Novruz dekorlarının hazırlandığı emalatxana

04.03.2023 [12:15]

Xalqımızın milli bayramı olan Novruza demək olar ki, sayılı günlər qalıb. Bir neçə gün sonra şəhərimizi Novruz atributları bəzəyəcək.
Kosa, keçəl, səməni, şəkərbura və paxlava. Penoplasdan hazırlanan bütün atributlara əvvəlcə dizaynerlər tərəfindən kompüterdə quruluş verilir, daha sonra isə kəsilməsi üçün xüsusi dəzgahlara ötürülür. Bundan sonra ən çətin və məsuliyyətli işi isə heykəltaraş görür...