CƏMİYYƏT
Xətai rayonunda marketdə atışma zamanı 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb
04.03.2023 [14:26]
Paytaxtın Xətai rayonunda marketlərin birində atışma olub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) AZƏRTAC-a verilən məlumata görə, hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 12:21 radələrində çağırış daxil olub.
Hadisə nəticəsində xəsarət alan 2 nəfər TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə edilib. Hazırda onlara zəruri tibbi xidmət göstərilir. Bir nəfər hadisə yerində həyatını itirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
28.03.2023 [14:43]
27.03.2023 [01:40]
26.03.2023 [20:52]
18.03.2023 [22:47]
25.03.2023 [09:02]
15.03.2023 [16:07]
30.03.2023 [05:02]
30.03.2023 [04:30]