Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli dəyərlərimizi yaşadan kollektiv

04.03.2023 [16:27]

Xəbərin mətni

Astara rayonunun Kakalos kənd sakini, uzun illər mədəniyyət sahəsində çalışan Fərbiyyə Şabanova əkin-biçininə gedən kəndlilərin dilində dolaşan əmək nəğmələrini və rəqsləri yaşatmaq üçün 1964-cü ildə bir qrup yaradır və bu qrupun adını "Əvəsor" adlandırır. “Əvəsor” talış dilində “Təzə il”, “Novbahar” mənasını daşıyır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ilk illərdə heyəti üç nəfərdən ibarət olan kollektiv, elə həmin vaxtdan kənd-kənd, oba-oba gəzərək şifahi xalq nümunələrini təbliğ edir.