SİYASƏT


PDM ekipajları ilə döyüş atışlı məşğələlər keçirilir

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü il üçün döyüş hazırlığı planına əsasən, piyadaların döyüş maşınları (PDM) ekipajlarının praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi məqsədilə döyüş atışlı məşğələlər keçirilir.
Ümumqoşun poliqonunda keçirilən məşğələlərdə PDM ekipajları sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmaları icra ediblər.