Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin baş müşavirini qəbul edib

06.03.2023 [14:34]

Xəbərin mətni

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünün nəticələrindən məmnunluğunu bildirdi və bu istiqamətdə göstərdiyi davamlı səylərinə görə ABŞ Dövlət katibi Antoni Blinkenə təşəkkürünü ifadə etdi.

BÖLMƏNİN DİGƏR VİDEOLARI