SİYASƏT


Əlahiddə Ümumqoşun Orduda komandir hazırlığı məşğələsi keçirilib

“Əlahiddə Ümumqoşun Ordunun 2023-cü il döyüş hazırlığı planı”na əsasən tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələsi keçirilib.
Komandir hazırlığı məşğələsində əsas diqqət zabitlərin hərb sənəti və bölmələrin idarə edilməsi üzrə bilik, bacarıq və komandir keyfiyyətlərinin təkmilləşdirilməsinə və döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı düzgün qərarların qəbul edilməsinə yönəldilib.
Toplantının ilk günündə silahsız sıra fəndləri və hərəkətlərinin yerinə yetirilməsi praktiki olaraq nümayiş olunub.