SİYASƏT


Hərbi liseydə orta ümumtəhsil məktəblərinin hərbi rəhbərləri ilə görüş keçirilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması və hərbi xidmətə cəlbediciliyin artırılması məqsədilə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə toplantı keçirilib.
Toplantıda Müdafiə Nazirliyinin, Elm və Təhsil Nazirliyinin nümayəndələri, eləcə də orta ümumtəhsil məktəblərinin hərbi rəhbərləri iştirak ediblər.
Toplantı iştirakçıları əvvəlcə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin ərazisindəki Heydər Əliyev Mərkəzini ziyarət edərək Ulu Öndərin büstü önünə gül dəstələri düzərək dahi şəxsiyyətin xatirəsinə ehtiram nümayiş etdiriblər.