Azərbaycan Dövlət İnformasiya Agentliyi

Metroda baş verən ölüm hadisəsi ilə bağlı AÇIQLAMA

07.03.2023 [18:25]

Metropolitenin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, "Koroğlu" stansiyasında ahıl yaşlarında kişi sərnişin özünü pis hiss edib. Dərhal təcili tibbi yardım dəvət edilib. Təəssüf ki, təcili yardıma məlumat verildikdən az sonra sərnişin dünyasını dəyişib.