Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Xınalıqda polşalı blogerə ingilis dilində bələdçilik etməklə məşhurlaşan balaca

09.03.2023 [12:16]

Xəbərin mətni

Xınalıq kəndindən olan balaca İbrahim son günlər sosial şəbəkələrin Azərbaycan seqmentinin qəhrəmanına çevrilib. Onun polşalı bolgerlə ingilis dilində danışaraq qədim Xınalıq kəndi haqqında ətraflı məlumat verməsi diqqət çəkir. Xınalıq kəndinə səyahət edən bloger həmin videogörüntüləri internetdə paylaşdıqdan sonra İbrahim qısa müddətdə sosial şəbəkələrdə məşhurlaşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İbrahim Zeynalovun 13 yaşı var. Rüfət Kəlbiyev adına Quba rayon Xınalıq kənd tam orta məktəbinin VI sinifində təhsil alır.