RƏSMİ


Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib

Martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasına işgüzar səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Berlin şəhərinin Brandenburq “Willy Brandt” aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.