Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elbay Qasımzadə: Azərbaycanda şəhərsalma sahəsində mühüm tədbirlər həyata keçirilir

14.10.2026 [11:55]

Xəbərin mətni

Azərbaycanda şəhərsalma sahəsində mühüm tədbirlər həyata keçirilir. Xəzər İnşaat Həftəsinin və 6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpası, Yenidənqurması və İnkişafı” -“Rebuild Garabagh” sərgisinin mütəmadi keçirilməsi ölkədə quruculuq və şəhərsalma sahəsinə göstərilən diqqətin göstəricisidir. Bu sözləri Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə Xəzər İnşaat Həftəsinin açılış mərasimində söyləyib.