ELM VƏ TƏHSİL


Heydər Əliyevin 21 il əvvəl Prezident təqaüdü verdiyi tələbə indi generaldır

Dövlət İmtahan Mərkəzinin Elm və Təhsil Nazirliyi ilə birgə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırladığı “İlk Prezident təqaüdçüləri” layihəsinin növbəti iştirakçısı Dövlət Təhlükəsizliyi Xidmətinin baş idarə rəisi, ədliyyə general-mayoru Həsən Mansurov olub.
AZƏRTAC DİM-in saytına istinadla xəbər verir ki, Həsən Mansurov Ulu Öndər Heydər Əliyevin 2002-ci ildə imzaladığı Sərəncamla Prezident təqaüdünə layiq görülüb.