MƏDƏNİYYƏT


Azərbaycanlı vokalçı ABŞ-da beynəlxalq müsabiqədə qızıl medal qazanıb

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, respublika və beynəlxalq müsabiqələr laureatı Urfan Cəfərov Nyu-Yorkda keçirilən “American International Vocal Competition of Opera Singers 2023” beynəlxalq opera ifaçılarının vokal müsabiqəsində 67 ölkə arasında birinci yeri tutaraq qızıl medal qazanıb.
AZƏRTAC xəbər verir ki, o, müsabiqənin qalibi kimi solo konsert üçün nüfuzlu sertifikat alaraq, dünyanın ən məşhur konsert salonlarından biri olan Carnegie Hallda solo ifası ilə Azərbaycanı təmsil etmiş ilk azərbaycanlı olub.