Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Almaniya telekanalı Azərbaycanla bağlı veriliş yayımlayıb

28.03.2023 [16:45]

Xəbərin mətni

Almaniyanın “TV Berlin” kanalı Azərbaycanın bu ölkədəki səfiri Nəsimi Ağayevdən müsahibə götürüb.
AZƏRTAC xəbər verir ki, aparıcısı tanınmış jurnalist Evald Köniq olan “Diplo International" proqramında yayımlanan müsahibədə N.Ağayev Azərbaycanın yerləşdiyi region, qonşuları, tarixi İpək yolunun üzərindəki mövqeyi barədə ətraflı məlumat verib. Bildirilib ki, sivilizasiyaların kəsişməsində yerləşməsi Azərbaycanın demoqrafik vəziyyətinə, ölkədə tarixən multikulturalizm mühitinin formalaşmasına müsbət təsirini göstərib. Qeyd olunub ki, Azərbaycanda müxtəlif dinə və etnik mənsubiyyətə mənsub insanlar, o cümlədən xristian və yəhudilər dinc və mehriban şəraitdə yaşayır, habelə dini ibadətlərini sərbəst şəkildə icra edirlər.

Bölmənin digər videoları