MƏDƏNİYYƏT


Daşkənddə “Azərbaycanı tanıyaq” layihəsinin təqdimatı keçirilib

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə qardaş ölkədə Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı, turizminin tanıdılması və təbliği istiqamətində layihələr və tədbirlər həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Daşkənd şəhərində fəaliyyət göstərən və verdiyi təhsil səviyyəsinə görə xüsusi fərqlənən, çoxsaylı xarici vətəndaşların təhsil aldığı “British School” beynəlxalq məktəbinin müəllim və şagird kollektivi üçün “Azərbaycanı tanıyaq” layihəsi təqdim edilib.