MƏDƏNİYYƏT


Azərbaycanlı rəssamların əsərləri Luvrda

Parisdə Luvr muzeyinin Karusel (Carrousel) qalereyasında beynəlxalq incəsənət festivalı təşkil edilib. Azərbaycan festivalda Heydər Əliyev Fondun təşkilatçılığı və Fransadakı səfirliyimizin dəstəyi ilə yaradılan pavilyonla təmsil olunur. Pavilyon Azərbaycan mədəniyyətinin ölkə xaricində tanıdılması, onun ənənəvi dəyərlərinin qorunması ilə yanaşı, müxtəlif müasir istiqamətlərdə inkişafını əks etdirir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan ilk dəfə Luvr Karusel “Art Shopping” Salonuna qoşulub. Festivalda Azərbaycan incəsənət nümayəndələrinin əsərlərindən ibarət pavilyon fransız, eləcə də müxtəlif ölkələrdən olan sənətsevərlərin diqqət mərkəzində olub.