Azərbaycan Dövlət İnformasiya Agentliyi

BQXK-nin doqquz avtomobili ərazidən sərbəst keçdi

04.04.2023 [12:02]

Xəbərin mətni

Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyanın iştirakçıları ərazidən humanitar məqsədlər üçün istifadəyə növbəti dəfə şərait yaradıblar.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə Xankəndidən Laçın istiqamətinə hərəkət edən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 1 yük, 8 minik avtomobili ərazidən maneəsiz keçib.
Bu, bir daha göstərir ki, Ermənistanın blokada ilə bağlı səsləndirdiyi iddialar saxtadır. Laçın-Xankəndi yolu bütün humanitar məqsədli maşınlar və mülki şəxslər üçün açıqdır.

BÖLMƏNİN DİGƏR VİDEOLARI