MƏDƏNİYYƏT


Beynəlxalq Turizm və Səyahətlər sərgisi yenidən açıldı

Aprelin 4-də Bakı Ekspo Mərkəzində 19-cu Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF 2023”) sərgisi qapılarını ziyarətçilərin üzünə açıb.
AZƏRTAC xəbər verir ki, “AITF” sərgisinin təşkilatçısı Caspian Event Organisers şirkətidir. Sərginin ənənəvi iştirakçısı olan Bolqarıstan “AITF 2023”ün baş sponsoru qismində çıxış edir, Özbəkistan isə tərəfdaş ölkədir.
“Caspian Event Organisers” şirkətinin baş direktoru Fərid Məmmədov 3 illik fasilədən sonra 19-cu Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF 2023”) sərgisində yenidən bir araya gəlməkdən məmnunluğunu bildirib.