MƏDƏNİYYƏT


Azərbaycanın İpək yolu irsi UNESCO-da nümayiş olunur

UNESCO-nun Parisdəki mənzil-qərargahında “İpək yolu” proqramının 35-ci ildönümünə həsr olunmuş konfrans çərçivəsində İpək yolu irsini əks etdirən sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, sərginin açılış mərasimində UNESCO baş direktorunun müavini Qabriela Ramos, Çin və Azərbaycanın UNESCO yanında daimi nümayəndələri çıxış edərək, İpək yolunun əhəmiyyətindən, “İpək yolu” proqramı çərçivəsində həyata keçirilmiş layihələrdən bəhs ediblər.