SİYASƏT


Media nümayəndələri minalardan təmizləmə prosesini izləyiblər

Aprelin 6-da Müdafiə Nazirliyinin təşkilatçılığı ilə azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun fəaliyyəti ilə tanış olmaq məqsədilə bir qrup Türkiyə və yerli media nümayəndələri üçün növbəti media-tur təşkil edilib.
Səfər çərçivəsində ilk olaraq media nümayəndələri azad edilmiş ərazilərin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə qarşılıqlı əlaqədə minalardan təmizləmə prosesini və qardaş Türkiyənin istehsalı olan MEMATT (Mexaniki Mina Təmizləmə Təchizatı) mühəndis texnikasının praktiki tətbiqini izləyiblər.