Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

UNESCO-da “İpək Yolu” ölkələrinin konsert proqramı təqdim olunub

07.04.2023 [14:47]

Xəbərin mətni

UNESCO-nun Parisdəki mənzil-qərargahında “İpək Yolu” proqramının 35-ci ildönümünə həsr olunmuş konfrans çərçivəsində konsert təşkil edilib.
AZƏRTAC xəbər verir ki, konsertdən öncə çıxış edən UNESCO Baş direktorunun müavini Qabriela Ramos “İpək Yolu” üzərində yerləşən ölkələrin zəngin mədəni irsindən söz açıb. Sonra təşkilatçı ölkələrin səfirləri mədəni irsdən danışıblar. Konsertdə ölkələr musiqi, adət-ənənə, rəqs kimi milli-mədəni irs nümunələrini təqdim ediblər.