SİYASƏT


Prezident İlham Əliyev: SOCAR Gürcüstanda 11 min km uzunluğunda qaz xətləri çəkib

İndiki geosiyasi vəziyyəti nəzərə alaraq, əlbəttə ki, enerji təhlükəsizliyi məsələləri bütün ölkələr üçün ön plana çıxır. Uzun illər Azərbaycanın şirkəti SOCAR Gürcüstanda uğurla fəaliyyət göstərir. Mənə dünən verilən məlumata görə, SOCAR Gürcüstanda 11 min kilometr uzunluğunda qaz xətləri çəkmişdir və beləliklə, 830 mindən çox abonentə təbii qazı təmin edir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 7-də Qəbələdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatında deyib.