DÜNYA


“Tesla” Çində zavod quracaq

ABŞ-ın elektrikli avtomobil və akkumulyator istehsalçısı “Tesla”, Çinin Şanxay şəhərində enerji saxlama qurğularının istehsalı üçün geniş miqyaslı obyekt quracaq.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, təməli bu ilin üçüncü rübündə qoyulacaq layihə üçün aprelin 9-da Şanxayda imzalanma mərasimi keçirilib.
Şirkət 2024-cü ilin ikinci rübündə fəaliyyətə başlaması planlaşdırılan fabrikdə təxminən 4 meqavat-saat elektrik enerjisi saxlaya bilən “Megapack” adlı litium-ion batareya blokları istehsal edəcək.