İQTİSADİYYAT


Beynəlxalq Astronavtika Konqresinə rekord sayda elmi məqalə təqdim olunub

Bu il Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə Azərbaycandan 214 elmi məqalə göndərilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin (“Azərkosmos”) İdarə Heyətinin sədr müavini Dunay Bədirxanov Beynəlxalq Astronavtika Konqresinə həsr olunmuş brifinqdə deyib.
Dunay Bədirxanov qeyd edib ki, 74-cü Beynəlxalq Astronavtika Konqresinə dünyanın 95 ölkəsindən elmi məqalələr göndərilib. Onun sözlərinə görə, bu il oktyabrın 2-6-da Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinə ümumilikdə 3532 elmi məqalə təqdim olunub.