İQTİSADİYYAT


Füzuli rayonunda 2026-cı ilədək 5678 ev tikiləcək

Füzuli Beynəlxalq Hava Limanının inzibati binasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Şəhərsalma məsələləri üzrə İşçi qrupunun iclası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iclasda işğaldan azad edilmiş Füzuli şəhərində aparılan tikinti-quruculuq fəaliyyəti ilə əlaqədar layihələndirmə işləri, Mərkəzi Parkın layihələndirilməsi, “ağıllı kənd” konsepsiyası ilə bərpaolunan Dövlətyarlı kəndində aparılan tikinti-quruculuq işləri, Füzuli şəhərinin daxili yol-küçə şəbəkəsinin layihələndirilməsi, rayonda ilkin mərhələdə bərpa ediləcək yaşayış məntəqələrinin elektrik enerjisi və su təminatı, “Köndələnçay” su anbarının yenidən qurulması və digər məsələlər üzrə görülən işlər müzakirə olunub.