CƏMİYYƏT


Avtomobildə sıxılıb qalan sərnişin xilas edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində, Bakı-Qazax avtomobil yolunun 56-cı kilometrliyində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes-Benz Atego” markalı yük avtomobilinin idarəetməni itirərək yol kənarında dayanmış “KamAZ” markalı yük avtomobilinə, daha sonra isə dəmir arakəsmələrə çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və bir nəfər sərnişin deformasiyaya uğramış “Mersedes-Benz Atego” markalı avtomobildə sıxılmış vəziyyətdə qalıb.