İQTİSADİYYAT


Zədələnmiş pulları necə dəyişmək olar?

Pul əl çirkidir deyirlər. Bu deyim məcazi məna daşısa da, kağız pullar əl ilə daim təmasda olduğu üçün, sözün əsl mənasında çirklənir, köhnəlir, bəzən də cırılır. Belə pullar isə əksər hallarda ödənişlər zamanı çətinlik yaradır. İqtisadçı ekspert Eldəniz Əmirov bildirdi ki, zədəli, yəni müəyyən hissəsini itirən və yaxud çirklənən, eləcə də cırılan pulların dəyişdirilməsi qanunvericilikdə konkret müddəalarla öz əksini tapıb.