Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sarayevoda Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi

13.04.2023 [16:18]

Xəbərin mətni

Bosniya və Herseqovinada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 13-də Sarayevo şəhərinin Musala meydanında rəsmi qarşılanma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın və Bosniya və Herseqovinanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.