MƏDƏNİYYƏT


Özbəkistanda Qarabağ geyimlərinin sərgisi açılıb

Özbəkistanda keçirilən “Şuşa günləri” çərçivəsində Daşkənddə Dövlət Sənət və Mədəniyyət İnstitutunda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə layihəsi əsasında Qarabağ geyimlərinin moda sərgisi, Türk dövlətlərini təmsil edən “Yeddi gözəl” musiqi qrupunun konsert proqramı təqdim edilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları öncə Daşkənd Dövlət Sənət və Mədəniyyət İnstitutunda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən yaradılmış Azərbaycan mədəniyyəti və incəsənəti auditoriyası ilə tanış olublar.