İQTİSADİYYAT


Tengiz yatağında hasil edilən neftin Bakı-Supsa kəməri ilə nəqli gündəmdədir

Qazaxıstan 2023-cü ildə Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ildə 1,5 milyon ton neft ixrac etməyi və onu daha da ildə 6-6,5 milyon tona çatdırmağı planlaşdırır. Hazırda tədarük tam sürətlə gedir.
Qazaxıstan neft tədarük marşrutlarını şaxələndirmək üçün Azərbaycanın ərazisi və infrastrukturu ilə tranzitlə bağlı müxtəlif variantları da nəzərdən keçirir. Belə ki, Tengiz yatağında hasil edilən Qazaxıstan neftinin Bakı-Supsa kəməri ilə nəqli məsələsi də gündəmdədir. Bakı-Supsa kəməri Azərbaycan neftinin Bakı yaxınlığında Xəzər dənizinin Səngəçal terminalından Gürcüstanın Qara dəniz sahilindəki Supsa limanına nəqli üçün nəzərdə tutulub.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələri üzrə ekspert İlham Şaban deyir ki, Qazaxıstan nefti Azərbaycan neftindən, tərkibində olan kükürdün çoxluğu ilə fərqlənir.