CƏMİYYƏT


Yaşmada mina partlayışı ilə bağlı DİN -dən AÇIQLAMA

Aprelin 15-i saat 15 radələrində Xızı rayonunun Yaşma kəndi ərazisində partlayış baş verməsi barədə məlumat daxil olub. DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu dərhal hadisə yerinə çıxaraq zəruri hərəkətlər və ilkin araşdırma aparıb. Müəyyən edilib ki, partlayışa səbəb Sumqayıt şəhər sakinləri 1976-cı il təvəllüdlü Bəxtiyar Hüseynov, 1979-cu il təvəllüdlü Xankişi Quliyev və 2006-cı il təvəllüdlü Rəşad Əbilovun qeyd olunan ərazidə aşkar etdikləri mərmi başlığını götürməsi olub.Hadisə nəticəsində Xankişi Quliyev və Rəşad Əbilov ölüb, Bəxtiyar Hüseynov isə müxtəlif xəsarətlər alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır