CƏMİYYƏT


FHN Fəvvarələr meydanı ərazisində təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri paytaxtın Səbail rayonunun “Fəvvarələr meydanı” ərazisi istiqamətində təlim keçirib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, təlim “şərti yanğın” həyəcan siqnalı ilə yanğın texnikalarının yanğın yerinə yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə təşkil olunub.
Təlim zamanı şəxsi nəqliyyat vasitələrinin nizamsız park edilməsi və süni maneə səbəbindən (gül dibçəkləri, şlaqbaumlar və s.) yanğın avtomobillərinin yaşayış binasına sərbəst şəkildə yaxınlaşa bilmədiyi müəyyən olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır