CƏMİYYƏT


Ömrünün 50 ilini zəhərli ilanlarla keçirən Ağdam sakini

İlanlar insanların ən çox qorxduğu canlılardandır. Buna səbəb isə onların bəzi növlərinin öldürücü zəhərə malik olması, ilan sancması hadisələrinin ölümlə nəticələnməsidir. Əslində isə heç də ilanların hamısı zəhərli deyil, onların çoxu zərərsiz və faydalıdır.
AZƏRTAC-ın bölgə müxbiri ilanların aktivləşmə dövrünün başlanmasını nəzərə alıb mövzunu araşdırıb. Ömrünün 50 ildən çoxunu ilanlarla keçirən Ağdam rayon sakini Mirhəsən Abıyev ilanların həm təhlükəli, həm də çox faydalı canlılar olduğunu bildirib.