CƏMİYYƏT
Bakıda qumbara, Naxçıvanda top mərmisi tapılıb
18.04.2023 [11:06]
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda hərbi sursat aşkar edilməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd RQ-42 əl qumbarası və partladıcısı, 1 ədəd PQ-7 70mm-lik qumbaratan mərmisinin partladıcısı, 10 ədəd 12mm-lik tüfəng mərmisi, 15 ədəd 9x18mm-lik, 12 ədəd 9x19mm-lik kiçik çaplı silah mərmisi və 10 ədəd 5,45mm-lik avtomat mərmisi olduğu müəyyən edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
30.05.2023 [15:07]
29.05.2023 [21:54]
31.05.2023 [05:34]