CƏMİYYƏT
FHN Yasamal yaşayış kompleksində təlim keçirdi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi küçəsi, 8 ünvanında yerləşən Yasamal yaşayış kompleksində “Çoxmərtəbəli binalarda yanğınların söndürülməsi işinin təşkili” mövzusunda yanğın-taktiki təlim keçirib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd çoxmərtəbəli yaşayış binalarında yanğın baş verdikdə əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə yaşayış binalarının aidiyyəti inzibati heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.