CƏMİYYƏT
FHN: Ötən sutka 30 halda yanğına çıxış olub
19.04.2023 [13:42]
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 30 halda yanğına çıxış və 7 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində qəza-xilasetmə əməliyyatları zamanı biri azyaşlı olmaqla 9 nəfər xilas edilib.
11.12.2023 [14:36]
11.12.2023 [09:50]
11.12.2023 [09:41]
10.12.2023 [18:37]
11.12.2023 [21:06]
11.12.2023 [15:06]
11.12.2023 [17:56]
11.12.2023 [17:49]
10.12.2023 [16:54]
05.12.2023 [23:34]
02.11.2023 [17:33]